Bakı, 27 yanvar, AZƏRTAC
“Neftçi” qapıçısı Rza Cəfərov ilə müqavilənin müddətini 2027/2028-ci illər mövsümünün sonunadək artırıb.
Bakı təmsilçisindən AZƏRTAC-a bildirilib ki, ardınca 22 yaşlı qapıçı hər hansı bir satınalma şərti olmadan bu mövsümün sonunadək “Qəbələ” klubuna icarəyə verilib.
Qeyd edək ki, 2022/2023-cü illər mövsümündən “Neftçi”nin əsas komandasının şərəfini qoruyan gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.