AZ

"Neftçi" qapıçısını "Qəbələ"yə icarəyə verib

"Neftçi" qapıçısı Rza Cəfərovu "Qəbələ" komandasına icarəyə verib.

Azreform.info xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Bunan başqa, Bakı klubu "əlcək sahibi"nin müqaviləsinin müddətini 2027/2028 mövsümünün sonunadək artırıb.

Rza Cəfərov hər hansı bir satınalma şərti olmadan bu mövsümün sonunadək "Qəbələ"də çıxış edəcək.

Qeyd edək ki, 2022/2023 mövsümündən "Neftçi"nin əsas komandasının şərəfini qoruyan gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.

Seçilən
56
6
azreform.info

8Mənbələr