AZ

Sahibə Qafarova Saqr Qobaşla görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində bu ölkənin Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb.

Publika.az xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin dinamik və hərtərəfli inkişafından məmnunluq ifadə olunub, tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrin arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə yüksək səviyyədə inkişaf etdiyi qeyd olunub.

Vurğulanıb ki, iki ölkənin liderlərinin birgə səyləri və şəxsi münasibətləri Azərbaycan ilə BƏƏ arasında, habelə iki xalq arasında əlaqələrin daha da dərinləşməsinə imkan verib və bu gün ölkələr bir çox sahələrdə geniş və uğurlu əlaqələrə malikdir.

Milli Məclisin sədri Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görüldüyünü xatırladaraq, Azərbaycanın dövlət başçısının BƏƏ-nin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan belə nüfuzlu mükafata layiq görülməsinin yüksək qiymətləndirildiyini bildirib.

Seçilən
33
7
publika.az

10Mənbələr