AZ

Ukrayna səfiri Macarıstan XİN-ə çağırılıb

Ukrayna səfiri Macarıstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Moderator.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün “X” hesabında məlumat verib.

“Bu gün biz Ukrayna səfirini XİN-ə çağırdıq. Biz Macarıstandakı seçkilərə edilən müdaxilələrə tolerantlıq göstərməyəcəyik. Buna Ukraynanın seçkilərin nəticələrinə təsir göstərmək və seçki prosesinə Tisza Partiyasının xeyrinə müdaxilə etmək cəhdləri də daxildir. Son həftələr ərzində Ukrayna prezidenti və Ukrayna hökuməti açıq-aşkar və aqressiv tərzdə müdaxilə kampaniyasına başlayıb. Onların məqsədi aydındır: Macarıstanda seçki prosesinə Tisza partiyasının xeyrinə müdaxilə etmək. Amma sadəcə Macarıstan xalqı bu ölkənin gələcəyini müəyyən edə bilər. Bu qərar Macarıstanda verilir, Brüsseldə və əlbəttə ki, Kiyevdə yox. Biz öz suverenliyimizi mümkün olan hər vasitə ilə qoruyacağıq”,- Siyarto bildirib.

Qeyd edək ki, Macarıstanda Tisza partiyası hazırkı hökumətə müxalif partiyadır.

Seçilən
59
9
moderator.az

10Mənbələr