AZ

Güləş Federasiyası və MOK müxtəlif layihələri müzakirə edib - FOTO

Azərbaycan Güləş Federasiyası (AGF) və Milli Olimpiya Komitəsi (MOK) müxtəlif layihələri müzakirə edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası (AGF) məlumat yayıb.

Bildirilib ki, müxtəlif layihələrlə bağlı AGF-nin ofisində MOK rəsmiləri ilə görüş keçirilib. MOK-un Beynəlxalq Proqramlar İdarəsinin müdiri Ceyhun Rəhmanovla keçirilən görüş zamanı bir sıra strateji əhəmiyyətli məsələlər müzakirə olunub.

Məşqçilər üçün beynəlxalq təlim və sertifikasiya proqramlarında iştirak imkanları, müxtəlif ölkələrin təcrübəsinə əsaslanan milli idman sistemlərinin təkmilləşdirilməsi modelləri, eləcə də gənc atletlərin inkişafına yönəlmiş beynəlxalq layihə və proqramlara qoşulma perspektivləri ətraflı şəkildə dəyərləndirilib.

İdman.Biz
Seçilən
27
5
idman.biz

7Mənbələr