AZ

Güləş Federasiyası və MOK müxtəlif layihələri müzakirə edib

Azərbaycan Güləş Federasiyası (AGF) müxtəlif sahələrin inkişaf etdirilməsi üçün yeni layihələrin həyata keçirilməsini planlaşdırır.

AGF-dən “İki sahil”ə verilən məlumata görə, müxtəlif layihələrlə bağlı AGF-nin ofisində MOK rəsmiləri ilə görüş keçirilib. MOK-un Beynəlxalq Proqramlar İdarəsinin müdiri Ceyhun Rəhmanovla keçirilən görüş zamanı bir sıra strateji əhəmiyyətli məsələlər müzakirə olunub.

Məşqçilər üçün beynəlxalq təlim və sertifikasiya proqramlarında iştirak imkanları, müxtəlif ölkələrin təcrübəsinə əsaslanan milli idman sistemlərinin təkmilləşdirilməsi modelləri, eləcə də gənc atletlərin inkişafına yönəlmiş beynəlxalq layihə və proqramlara qoşulma perspektivləri ətraflı şəkildə dəyərləndirilib.

 

Seçilən
27
3
ikisahil.az

7Mənbələr