Azərbaycan Güləş Federasiyası (AGF) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi (AHİTA) arasında memorandum imzalanıb.
Offsideplus.az xəbər verir ki, bu barədə AGF-dən bildirlib.
Memorandumda tərəflərin birgə layihələrin həyata keçirilməsi, yeni idman zallarının açılması, müxtəlif yarışların təşkili, AHİİTA-nın balansında olan idman mərkəzlərinin istifadəsi və başqa məsələlər qeyd olunub.
AGF güləşin inkişafı üçün digər idman qurumları ilə də sıx əməkdaşlığı davam etdirəcək.