AZ

20 yaşlı NBA debütantından tarixi nailiyyət

"Şarlott Hornets"in hücumçusu Kon Nuppel NBA-nın müntəzəm çempionatında "Filadelfiya Siksers"lə oyunda tarixi nailiyyətə imza atıb və qarşılaşma onun komandasının 130:93 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az bu barədə "Çempionat"a istinadən xəbər verir.

"Şarlott Hornets": Miller - 30, Kolkbrənner - 13, Nuppel - 12, Qrin - 12, Diabate - 12, Boll - 11, Brics - 10, Sekston - 10, Uilyams - 9, Salon - 7, Mann - 4, Ceyms, Konnoton.

"Filadelfiya Siksers": Ubre - 17, Makkeyn - 16, Qrayms - 14, Barlou - 9, Uoker - 9, Edjkomb - 9, Maksi - 6, Dramond - 4, Edvards - 4, Uotford - 3, Bona - 2, Lauri, Qordon.

Bu oyunda Nuppel 12 xal toplayıb, səkkiz ribaund edib və altı məhsuldar ötürmə verib. O, oyundan doqquz atışdan beşini, üçxallı atışlardan isə beşdən ikisini dəqiq yerinə yetirib. Nəticədə hücumçu karyerası ərzində dəqiq yerinə yetirdiyi "üçlüklər"in sayını 150-yə çatdırıb və bu göstəriciyə cəmi 46 oyunda nail olub ki, bu da NBA tarixində ən sürətli nəticədir. Əvvəlki rekord Kiqan Mürreyə məxsus idi və o, bu həddə 59 oyunda çatmışdı.

Bu mövsüm NBA-da keçirdiyi 46 oyunda Nuppel orta hesabla 18.7 xal toplayır, 5.5 ribaund edir və 3.6 məhsuldar ötürmə verir. Onun oyundan atış faizi 48.2, üçxallıq atışlar üzrə göstəricisi 42.2, cərimə atışlarının dəqiqliyi isə 89.5 təşkil edir.

Ayxan

Milli.Az

Seçilən
5
1
milli.az

5Mənbələr