AZ

Bu ölkə ABŞ-ın hədəfində: Əməkdaşlıq etməsələr, qoşun yeridəcəklər

Tramp administrasiyası Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigezlə maksimum əməkdaşlıq təmin etmək üçün güc tətbiqinə hazırdır.

Publika.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə qeyd edib ki, digər diplomatik üsullar işləməzsə, Vaşinqton əməkdaşlığı təmin etmək üçün bu addımı atmaqdan çəkinməyəcək.

Dövlət katibi vurğulayıb: "Ümid edirik ki, buna ehtiyac olmayacaq, amma Amerika xalqı qarşısındakı borcumuzdan heç vaxt çəkilməyəcəyik".

Seçilən
7
3
publika.az

4Mənbələr