
İran ordusu 1000 pilotsuz uçuş aparatı alıb.
APA xəbər verir ki, bu barədə İranın “Tasnim” məlumat yayıb.
Məlumata görə, pilotsuz uçuş aparatları ordunun strateji üstünlüklərini gücləndirmək və döyüş qabiliyyətini artırmaq məqsədilə müxtəlif hərbi bölmələr arasında paylanıb.
İran ordusunun Baş komandanı, general-mayor Əmir Hatami bildirib ki, mövcud və potensial təhdidlər nəzərə alınaraq, ordu sürətli döyüş əməliyyatları aparmaq üçün strateji üstünlüklərini qoruyur və davamlı şəkildə gücləndirir.