Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İran ordusu 1000 pilotsuz uçuş aparatını silahlanmaya daxil edib.
APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Məlumata görə, pilotsuz uçuş aparatları ordunun strateji üstünlüklərini gücləndirmək və döyüş qabiliyyətini artırmaq məqsədilə müxtəlif hərbi bölmələr arasında paylanıb.
İran ordusunun Baş komandanı general-mayor Əmir Hatami bildirib ki, mövcud və potensial təhdidlər nəzərə alınaraq, ordu sürətli döyüş əməliyyatları aparmaq üçün strateji üstünlüklərini qoruyur və davamlı şəkildə gücləndirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.