AZ

Gənclər və İdman Nazirliyi tərəfindən  LDU-ya velosipedlər hədiyyə olunub

Lənkəran Dövlət Universitetində Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşəbbüsü olan “VeloLife” layihəsi çərçivəsində universitet gəncləri üçün nəzərdə tutulmuş velosipedlərin təqdimatına həsr olunmuş açılış mərasimi keçirilib.  

Tədbirdə çıxış edən  Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dos. Ramiz Şəmmədov, tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov  layihənin gənclər arasında sağlam həyat tərzinin təşviqi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin artırılması baxımından əhəmiyyətindən danışıb,  təşəbbüsə göstərilən dəstəyə görə Gənclər və İdman naziri Fərid Qayıbova minnətdarlığını  bildiriblər.

Məlumat üçün deyək ki, Gənclər və İdman naziri Fərid Qayıbovun Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) heyəti, Tələbə Gənclər Təşkilatlarının (TGT) sədrləri və müavinləri ilə keçirilən görüşündə LDU Tələbə Gənclər Təşkilatının sədri Sara İbadzadə bu təşəbbüsü irəliyə sürüb. Təşəbbüs nazirlik tərəfindən bəyənilib və universitetə 25 ədəd velosiped qoruyucu kasketləri, su qabları ilə birgə hədiyyə olunub.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
10
2
xalqqazeti.az

6Mənbələr