AZ

Kapital Bank ın bu addımı narazılıq yaratdı 3 dəfəyədək yüksək...

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Kapital Bank”ın 1000 manat kredit limiti olan kartın sahibiyəm. Kredit kart istifadəçiləri bilir ki, xərclənmiş vəsait bir qayda olaraq güzəştli və güzəştsiz statusa malik olur. Kart vasitəsilə mal və xidmətlər üçün ödəniş etdikdə xərclənmiş vəsait müəyyən dövrdə (30 gün, 45 gün və sair) güzəştli statusa malik olur”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib.

O bildirib ki, nağdlaşdırma və başqa karta köçürtmə etdikdə (card to card) gündəlik faiz hesablanır:

“Məsələn, “Kapital Bank” belə əməliyyat üçün illik 35%-lik faiz tətbiq edir. Bu, ölkə üzrə orta faiz dərəcəsindən 3 dəfəyədək yüksəkdir. Deməli, təxminən 12 gün əvvəl kartdan digər kartda 400 manat köçürtmüşəm və məndən 1.5% komissyon haqqı (6 manat) tutub. Qısası, kartdan 406 manat vəsait çıxıb və faiz hesablanmağa başlayıb. Bura qədər sual yoxdur və hər şey qaydasındadır. Sual bundan sonra başlayır. 1000 manatlıq limitin təxminən 400 manatı güzəştli vəsait idi, 406 manat güzəştsiz və kartda isə 200 manata yaxın vəsait qalmışdı. Nəticədə mənim karta olan borcum 806 manat olub.

Ancaq mən 10 gün müddətində hissə-hissə olmaqla 960 manatdan çox vəsait yatırmışam və sonda məlum olur ki, mənim 282 manat güzəştsiz statusa malik borcum var və ona görə illik 35% olmaqla gündəlik borc yığılır. Əvvəl fikirləşdim ki, borc xərclənmə tarixi əsasında örtülür. Əvvəl 400 manat, sonra isə faizlə birgə 406 manat örtüləcək. Ancaq bank karta qoyduğum 960 manat vəsaitin cəmisi 130 manatını güzəştsiz borca yönəldib. Yerdə qalan 282 manatlıq vəsaitə insafsızcasına 35% illik faiz tətbiq edir”.

İqtisadçı bankla əlaqə saxladığını, izahlarının öz mənafelərinə uyğun olduğunu bildirib.

“Borc ödəyəndə prioritet güzəştli vəsaitlər olur. Müştəriyə 1 aylıq möhlət verən borcu bağlamağı sonraya saxlamaq əvəzinə, banka gündəlik faiz qazandıran borcu sonraya saxlayır. Müştəri terminallar vasitəsilə pul ödəyir və bank həmin vəsaiti ona qazanc verən istiqamətə yönəldir. Anlaşılan odur ki, hər bank öz istəyinə uyğun faiz siyasəti yürüdür və əhalinin maliyyə savadsızlığından istifadə edərək onları faizlə yükəyirlər. Müqavilələri isə öz mənafelərinə uyğun tərtib edirlər ki, istənilən vaxt ona istinad edərək özlərini haqlı çıxarsınlar. Bilmirəm Mərkəzi Bank bankların faiz tətbiqinə necə nəzarət edir, amma əminəm ki, müştərilər bundan zərər görür. Ola bilsin ki, hansısa müştəriyə gündəlik 15-20 qəpik faiz hesablamaq diqqət cəlb etmir. Amma 100 minlərlə müştərisi olan banklar 1 günlük qazancdan böyük vəsait əldə edirlər. Ümid edirəm ki, Mərkəzi Bank bu hallara nəzarəti gücləndirəcək və bankların yox, əhalinin mənafeyindən çıxış edəcək”.

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
6
globalinfo.az

7Mənbələr