AZ

"İnter"in yarımmüdafiəçisi "Beşiktaş"ın hədəfində

İcarə əsasında "Torino"da çıxış edən Kristian Asllani karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, "Beşiktaş" albaniyalı futbolçunun xidmətində maraqlıdır. "Qara qartallar" Asslanini icarəyə götürməyi planlaşdırır. 23 yaşlı dayaq yarımmüdafiəçisi İstanbul klubuna keçməyə isti yanaşır.

Qeyd edək ki, Kristian Asslani mövsümün əvvəlində "Torino"ya icarəyə verilib.

Seçilən
39
9
day.az

10Mənbələr