AZ

Gülyanaq və Mənsum Özbəkistanda təltif olundu

Azərbaycanın Xalq artistləri Gülyanaq Məmmədova və Mənsum İbrahimov Özbəkistan Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılıb.

Teleqraf.az xəbər verir ki, sənətkarlar Özbəkistanda keçirilən böyük mədəni tədbirə dəvət alıblar və ölkənin Mədəniyyət Nazirliyinin “Mədəniyyət və incəsənət fədaisi” medalı ilə təltif olunublar.

Xalq artisti Gülyanaq Məmmədovanın sözlərinə görə, onlar eyni zamanda “Yeni Özbəkistan Ulduzları” milli mədəniyyət və incəsənət mükafatının təntənəli təqdimetmə mərasimində keçirilən konsertdə fəxri qonaq kimi iştirak ediblər.

Bu təltif Azərbaycan mədəniyyətinə və sənətkarlarına göstərilən beynəlxalq ehtiramın bariz nümunəsi kimi qiymətləndirilir.

DOĞRU.AZ

Seçilən
7
2
dogru.az

5Mənbələr