AZ

Dünyada bir ilk: Dubayda qızılla örtülmüş “Qızıl Küçəsi” layihəsi

Dubay qlobal qızıl və zərgərlik ticarətində mövqeyini daha da gücləndirmək məqsədilə dünyada analoqu olmayan “Qızıl Küçəsi” layihəsini həyata keçirməyə hazırlaşır.

Editor.az xəbər verir ki, layihə Dubayın Qızıl Bölgəsində “Qızıl Küçəsi” adı altında ictimaiyyətə təqdim olunub.

Minlərlə pərakəndə satış nöqtəsini və qlobal qızıl ticarəti üzrə tərəfdaşları bir araya gətirəcək bu təşəbbüs, emirlikdə lüks anlayışını, ticarəti və turizmi yenidən formalaşdırmağı hədəfləyir.

Məlumata görə, “Qızıl Küçəsi” qızılla örtülmüş küçə də daxil olmaqla, diqqətçəkən memarlıq elementləri ilə seçiləcək. Layihənin dizayn və tikinti mərhələləri ilə bağlı ətraflı məlumatların isə mərhələli şəkildə ictimaiyyətə açıqlanacağı bildirilib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
44
7
editor.az

10Mənbələr