AZ

Dubayda “Qızıl küçə” salınacaq

AzVision.az xəbər verir ki, Dubay Hökumətinin Media Ofisi ABŞ-də yerləşən şirkətin “X” sosial media hesabında “Qızıl küçə”nin görüntüləri ilə bağlı məlumat yayıb.

“Ithra Dubai” şirkəti şəhərin dünyanın aparıcı qızıl və zərgərlik ticarəti mərkəzlərindən biri kimi statusunu gücləndirmək üçün xüsusi olaraq hazırlanmış Dubay Qızıl Zonasını rəsmi şəkildə təqdim edib”,– bəyanatda deyilir.

Bəyanatda həmçinin bildirilir ki, vahid ekosistem kimi dizayn edilən küçədə mindən çox pərakəndə satış şirkəti olacaq.

“Dubay Qızıl Zonası bütün qızıl və zərgərlik dəyər zəncirini, o cümlədən pərakəndə zərgərlik, külçə qızıl, topdansatış ticarəti və investisiyanı bir yerdə birləşdirir”,– məlumatda vurğulanır.

BƏƏ-nin “El-Bayan” qəzetində dərc olunan məqalədə ölkənin 2024–2025-ci illər ərzində 53,41 milyard dollar dəyərində qızıl ixrac etdiyi bildirilib.

Nəşr qızıl ticarətində dünyada ikinci yeri tutan BƏƏ-nin əsas ticarət tərəfdaşlarının İsveçrə, Böyük Britaniya, Hindistan, Honq Konq və Türkiyə olduğunu diqqətə çatdırır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
87
12
azvision.az

10Mənbələr