Bakı.Trend:
Ötən gün ölkə ərazisində qanunsuz silah-sursat aşkarlanıb.
Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilir ki, yanvarın 29-da polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 6qumbara, 3 alışdırıcı, 16 tüfəng, 6 patron darağı və 5609 ədədmüxtəlif çaplı patron aşkar edərək götürüblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindənqanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.