AZ

Qanunsuz silah-sursat aşkarlandı

Ötən gün ölkə ərazisində qanunsuz silah-sursat aşkarlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
 
Bildirilir ki, yanvarın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 6 qumbara, 3 alışdırıcı, 16 tüfəng, 6 patron darağı və 5609 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
 
Seçilən
92
50
moderator.az

10Mənbələr