AZ

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı artdı

ABŞ-ı vuran qar fırtınası nəticəsində ölənlərin sayı 85-ə çatıb.

Publika.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl 73 ölüm hadisəsi qeydə alınmışdı.

Bildirilir ki, ölümlərin təxminən yarısı sərt qışlara öyrəşməmiş cənub ştatları olan Tennessi, Missisipi və Luizianada baş verib.

Ölüm hallarına güclü qarla yanaşı hipotermiya, dəm qazı zəhərlənməsi və avtomobillər, xizəklər və qar təmizləyən maşınlarla bağlı qəzalar da səbəb olub.

Seçilən
37
22
publika.az

10Mənbələr