
ABŞ-də güclü qar fırtınası və şaxtalı hava şəraiti nəticəsində ölənlərin sayı 85-ə çatıb.
Missiya.Az xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.
Məlumata görə, ölənlərin yarıdan çoxu Tennessi, Missisipi və Luiziana ştatlarında qeydə alınıb. Bildirilib ki, fırtına Texasdan Nyu-Cersiyə qədər geniş ərazini əhatə edib.
Milli Meteorologiya Xidməti ABŞ-nin cənub-şərqində daha da soyuq hava şəraitinin gözlənildiyini bildirib.
Seyranə QuliyevaMissiya.Az