AZ

Dünyanın ən ləzzətli mətbəxinə sahib ölkə açıqlanıb

Yunan mətbəxi bir daha dünyanın ən ləzzətli mətbəxi kimi tanınıb.

Editor.az xəbər verir ki, World Population Review təşkilatı ən ləzzətli və ən zəif mətbəxlərə sahib ölkələrin reytinq siyahısını dərc edib.

Reytinqə görə, Yunanıstanla yanaşı İtaliya və Meksika ilk üçlükdə yer alıb. Onları ardıcıllıqla Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin izləyir. Bu ilki qiymətləndirmədə ən yüksək ballar məhz yemək kateqoriyası üzrə qeydə alınıb. Qeyd olunur ki, ilk onluq 2024-cü ildən bəri demək olar ki, dəyişməz qalıb.

Mənbənin məlumatına görə, ən ləzzətsiz yeməklər Nikaraqua, Laos və Boliviyada hazırlanır. Bu üç ölkə 99 ölkəni əhatə edən siyahının son pillələrində qərarlaşıb.

Rusiya 34-cü yerdə qərarlaşaraq keçmiş Sovet İttifaqına daxil olan əksər ölkələri geridə qoyub. Bu siyahıda istisna yalnız 30-cu pillədə yer alan Gürcüstan olub.

Ukrayna mətbəxi 43-cü, Belarus mətbəxi isə 75-ci yerdə qərarlaşıb. Ermənistan və Qazaxıstan mətbəxləri isə az ləzzətli hesab edilərək müvafiq olaraq 92-ci və 93-cü yerlərə layiq görülüb. Özbəkistan, Moldova və Qırğızıstan isə ümumiyyətlə reytinq siyahısına daxil edilməyib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
60
33
editor.az

10Mənbələr