AZ

Mətbəxlərin dünya REYTİNQİ: Ermənistan yeməkləri dünyanın ən dadsızları sırasına DÜŞDÜ

Dünyanın ən dadsız yeməkləri reytinqi açıqlanıb – Qazaxıstan və Ermənistan siyahının sonundadır.

İnterpress.az xəbər verir ki, bu barədə “World Population Review” nəşri məlumat yayıb.

“World Population Review” 2025-ci il üçün dünyanın ən dadlı və ən dadsız mətbəxlərinin reytinqini dərc edib.

Tədqiqat nəticəsində Qazaxıstan və Ermənistan mətbəxləri siyahının son pillələrində — 99 ölkə arasında müvafiq olaraq 92-ci və 93-cü yerlərdə qərarlaşıblar.

Bu ölkələrdən daha aşağı pillələrdə yalnız Nikaraqua, Laos və Boliviya yer alıb.

Reytinq siyahısına Yunanıstan başçılıq edir. Yunan mətbəxi sadəliyi, təbii məhsulları və hazırlanma texnikasına görə ən yüksək balı toplayıb.

İlk onluğa həmçinin İtaliya, Meksika, Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin daxil olub.

Keçmiş SSRİ ölkələri arasında göstəricilər bu qaydada bölünüb: Gürcüstan 30-cu, Rusiya 34-cü, Litva 39-cu, Ukrayna isə 43-cü pillədədir.

Azərbaycan mətbəxi siyahıda 56-cı yeri tutub. Siyahının sonrakı pillələrində isə 75-ci yerlə Belarus və 78-ci yerlə Latviya gəlir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
8
5
interpress.az

10Mənbələr