AZ

Müharibənin qarşısını almaq üçün cəhd: Türkiyə bunu İrandan çox istəyir, amma...

Türkiyə ABŞ-ın İrana mümkün hücumunun qarşısını almaq üçün intensiv diplomatik səylər göstərir, lakin Vaşinqtonla Tehran arasında inamsızlıq qalmaqdadır.

Publikia.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazıb.

Nəşr qeyd edir ki, "Ankaranın hər iki tərəflə təmasları göstərir ki, həm ABŞ, həm də İran vəziyyətin danışıqlar yolu ilə həllində maraqlıdır və bu proses üçün təşviqə ehtiyac duyurlar. Lakin əsas problem tərəflər arasında qarşılıqlı etimadın olmamasıdır".

Qəzet iddia edir ki, Türkiyə bu məsələyə İranın özündən daha çox sadiqdir. Ədalət və İnkişaf Partiyası (AKP) Mərkəzi İcraiyyə Komitəsinin iclasında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan İranın sabitliyinin Ankara üçün vacibliyini vurğulayıb.

Nəşr Ərdoğanın sözlərini sitat gətirib: "İranın təhlükəsizliyi bizim üçün vacibdir. İranın sabitliyi bizim üçün vacibdir. Bu məsələnin yeni bir müharibə başlamadan sülh və dialoq yolu ilə həll olunmasını təmin etmək üçün əlimizdən gələni edirik".

Seçilən
69
29
publika.az

10Mənbələr