AZ

İran XİN rəhbəri: Aİ-nin SEPAH-ı terror təşkilatı kimi tanıması strateji səhvdir

Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatı elan etməsi strateji səhvdir.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.

İran XİN başçısı “məhz SEPAH-ın Avropanı İŞİD təhdidindən qoruduğunu” qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqı bununla strateji səhvə yol verib: “Avropanın ciddi strateji səhvləri var və buna görə təəssüf edirəm. Bunu sadəcə məyusluqla qarşılayırıq. Avropa həm hesablamalarında, həm də digər məsələlərdə ciddi strateji yanlışlıqlara yol verib. Təəssüf ki, Avropa İttifaqı tənəzzülə doğru gedən bir quruma çevrilib və beynəlxalq arenada öz rolunu, təsir imkanlarını itirib. Hətta düşünürəm ki, artıq öz maraqlarını belə aydın şəkildə görə və düzgün qiymətləndirə bilmir. Əgər İslam İnqilabı Keşikçiləri Korpusu olmasaydı, İŞİD və digər terror qrupları ilə kim mübarizə aparacaqdı? Bu qrupların təhlükəsi Avropa küçələrinə qədər çata bilərdi. Hazırda Avropanın təhlükəsizliyi üçün görülən bu işlərin dəyəri, təəssüf ki, lazımi səviyyədə qiymətləndirilmir”, – Abbas Əraqçi vurğulayıb.

Qeyd edək ki, Aİ ötən gün SEPAH-ı terror təşkilatı kimi tanıyıb.

Seçilən
51
50
apa.az

10Mənbələr