“Traktor”un keçmiş oyunçusu, hazırda İranın “Saham” klubunda çıxış edən Peyman Keşavarzi Təbriz şəhərində saxlanılıb.
İdman.Biz xəbər verir ki, məlumatlara görə, iranlı futbolçu hakimiyyət əleyhinə etiraz aksiyalarında iştirak etdiyi üçün hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılıb.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.
Qeyd edək ki, Peyman Keşavarzi 2022-ci ildə Gəncənin “Kəpəz” komandasında oynayıb. O 2020-ci ildə “Səbail”, 2019-cu ildə isə “Sumqayıt” komandasının formasını geyinib.