AZ

Orban: Ukraynanın Aİ və NATO-ya qoşulmasının müharibəyə səbəb olacaq

Ukrayna Avropa İttifaqına və NATO-ya qoşula bilməz. Çünki bu, Rusiya ilə müharibəyə səbəb olacaq.

HİT.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban "Kossuth Radiosu"a deyib.

O qeyd edib ki, Brüssel və Kiyevdə hazırlanmış Ukrayna üçün yol xəritəsi ölkənin 2027-ci ilə qədər Aİ-yə sürətləndirilmiş qoşulmasını nəzərdə tutur.

"Əgər Ukrayna indi Avropa İttifaqının üzvü olarsa, Avropada müharibə olacaq. Çünki bir Aİ dövlətinin digərlərinin iştirakı olmadan böyük bir dövlətə qarşı müharibə apara bilməsi bir illüziyadır", deyə Macarıstanın Baş naziri bildirib.

Onun sözlərinə görə, Ukraynanın Aİ-yə üzvlüyü müharibəyə və Avropa bazarının məhvinə aparan bir yoldur. Siyasətçi qeyd edib ki, bəzi iddialara zidd olaraq belə bir addım Avropa İttifaqının və NATO-nun təhlükəsizliyini gücləndirməyəcək, əksinə zəiflədəcək. O, vurğulayıb ki, Ukrayna Avropanı Rusiyadan müdafiə edə bilməz. Baş nazir qeyd edib ki, Ukrayna dövləti Avropanı gücləndirmir, əksinə, onu müharibəyə cəlb edir.

O, həmçinin Ukraynanın bir növ təhlükəsiz zolağa, Rusiya qoşunlarının yerləşdirilə bilməyəcəyi bufer zonasına çevrilməli olduğu fikrini ifadə edib.

Samir
 

Seçilən
45
50
hit.az

10Mənbələr