ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Ukrayna və Rusiyanın ərazi məsələsində razılığa gəlib-gəlməyəcəyi yaxın həftələrdə bəlli olacaq.
“AzPolitika” xəbər verir ki, belə bir bəyanatla ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker X-də çıxış edib. O, hazırda Ukrayna və Rusiya arasındakı bütün fikir ayrılıqlarının ərazi məsələsindən qaynaqlandığını təkrarlayıb.
Lakin sifirin dediyinə görə, iki ölkənin razılığa gəlib-gəlməyəcəyi yaxın həftələrdə bəlli olacaq.
Uitaker əlavə edib ki, Rusiya müharibə aparmağa və "gündə minlərlə əsgər itirməyə” davam edir.
"Müharibənin başlanğıcından bəri hər iki tərəfin ümumi itkilərinin 2 milyon nəfər olduğunu bildirən bir hesabat gördüm. Bu, fəlakətdir", - deyə o bildirib.
Xatırladaq ki, Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqların növbəti mərhələsinin 1 fevralda Əbu-Dabidə keçirilməsi planlaşdırılır.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.