AZ

Cənubi Afrika BU ŞƏXSİ persona non qrata elan etdi

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Cənubi Afrika İsrailin Pretoriyadakı müvəqqəti işlər vəkili Ariel Seydmanı "persona non qrata" elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu qərar İsrailin sosial mediada prezident Siril Ramafosaya qarşı təhqiramiz hücumlar təşkil etməsi və yüksək vəzifəli rəsmilərin səfərləri barədə əvvəlcədən məlumat verməməsi səbəbindən verilib.

"Cənab Seydman 72 saat ərzində ölkəni tərk etməlidir",- bəyanatda bildirilib.

Məlumatda İsrail hökuməti diplomatik davranışına hörmətlə yanaşmağa çağırılıb.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
7
bakivaxti.az

10Mənbələr