AZ

CAR İsrailin müvəqqəti işlər vəkilini “persona-non-grata” elanETDİ

Cənubi Afrika Respublikası (CAR) İsrailin müvəqqəti işlər vəkili Ariel Seidmanı “persona-non-grata” (arzuolunmaz şəxs) elan edib.

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə CAR Xarici İşlər Nazirliyi məlumat yayıb.

Diplomatdan 72 saat ərzində ölkəni tərk etməsi tələb olunub.

Seidman “diplomatik qaydaların pozulması və CAR-ın suverenliyinə təhdid yaradan fəaliyyət”də ittiham edilir.

“Bu əməllərə İsrail sosial media platformalarından CAR Prezidenti Siril Ramafosaya qarşı təhqiramiz hücumlar edilməsi və Xarici İşlər Nazirliyinin İsrail rəsmilərinin səfərləri ilə bağlı məlumatlandırılmaması daxildir”, - XİN-in məlumatında deyilir.

Seçilən
45
10
redaktor.az

10Mənbələr