AZ

“Pəhləvi məni görüşə dəvət etdi və Güney Azərbaycanın valisi olacağımı vəd etdi” - Mahmudəli Çöhrəqanlı

İranın devrilmiş şahının oğlu Məhəmməd Rza Pəhləvi mühacirətdə yaşayan Güney Azərbaycan Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlını görüşə dəvət edib.

Missiya.Az xəbər verir ki, bu barədə Çöhrəqanlı öz paylaşımında məlumat yayıb.

Onun sözlərinə görə, M.Pəhləvi ona birgə çalışmağı təklif edib:

"Pəhləvi məni çağırdı. Məni satın almağa çalışdılar. Güney Azərbaycanın valisi olacağımı vəd etdilər. Onun atası 35 min türkü məv etdi. Nə şahçıyıq nə də şeyxçi! Türk millətçisiyik”. – deyə o vurğulayıb.

Çöhrəqanlı qeyd edib ki, o Pəhləvinin təklif etdiyi görüşü rədd edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
9
50
missiya.az

10Mənbələr