AZ

Masallı şəhərində abadlıq və quruculuq işləri davam etdirilir » AzadMedia.az


Masallı rayonunun mərkəzində, Azərbaycan prospektində yerləşən Masallı şəhər ərazi nümayəndəliyinin binasının da daxil olduğu ərazidə (“köhnə polis şöbəsi” kimi tanınan sahə) abadlıq və quruculuq işləri aparılır.

İşlər şəhər infrastrukturunun yaxşılaşdırılması, inzibati ərazilərin müasir tələblərə uyğunlaşdırılması və ümumi estetik görünüşün yüksəldilməsi məqsədini daşıyır.

Layihə çərçivəsində işıqlandırma sistemlərinin qurulması, asfalt örtüyünün döşənməsi, binanın fasadının rənglənməsi, yaşıllıq zolaqlarının salınması və digər abadlaşdırma tədbirləri həyata keçirilir.

Masallı Rayon İcra Hakimiyyətinin şəhər ərazi dairəsi üzrə nümayəndəsi Həbibov Həbib müəllimdən alınan məlumata əsasən, işlər mərhələli şəkildə davam etdirilir və yaxın zamanda tam başa çatdırılması planlaşdırılır. Aparılan tədbirlər həm şəhər ərazi nümayəndəliyinin, həm də ərazidə yerləşən digər dövlət qurumlarının estetik görünüşünü yaxşılaşdırmaqla, sakinlər və əməkdaşlar üçün rahat, təhlükəsiz və müasir mühitin formalaşdırılmasına xidmət edir.
Seçilən
3
40
azadmedia.az

10Mənbələr