AZ

Ötən il transferlərə ən çox pul xərcləyən klubların adı açıqlanıb

Dünyada ötən il transferlərə ən çox pul xərcləyən futbol klublarının adları açıqlanıb.

Milli.Az xəbər verir ki, FİFA-nın hesabatına əsasən, siyahıda İngiltərə Premyer Liqası klubları üstünlük təşkil edir.

İlk üçlüyə "Mançester Siti", "Liverpul" və "Çelsi" klubları daxil olub. Almaniyanın "Bavariya" və "Leypziq" klubları isə müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar.

Hesabata görə, 2025-ci ildə ingilis klubları futbolçu transferlərinə 3.82 milyard dollar xərcləyiblər.

Ayxan
Milli.Az

Seçilən
67
17
milli.az

10Mənbələr