Olaylar.az xəbər verir ki, tədbirdə çıxış edən Qvardiola fələstinli uşaqların yaşadığı faciələrə diqqət çəkərək dünya liderlərini və beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.
Təcrübəli məşqçi televiziyada izlədiyi bir görüntünün onu dərindən sarsıtdığını bildirib.
"Dağıntılar altında anasını axtaran bir uşağın görüntüsünü gördüm. O, anasının orada qaldığını bilmirdi. Mən tez-tez düşünürəm ki, bu uşaqlar nə hiss edir, nə düşünürlər? Düşünürəm ki, biz onları tək qoyduq və tərk etdik", - deyə Qvardiola bildirib.
Çıxışına "Gecəniz xeyir, Əssalamu əleykum" sözləri ilə başlayan ispaniyalı məşqçi fələstinli uşaqların sanki bütün dünyaya səsləndiyini vurğulayıb: "Onlar bizə chr("39")Haradasınız? Gəlin və bizə kömək edinchr("39") deyirlər. Amma biz bunu indiyədək etməmişik".
Qeyd edək ki, Pep Qvardiola daha əvvəl də müxtəlif platformalarda Fələstindəki humanitar vəziyyətlə bağlı mövqeyini açıq şəkildə ifadə edib.