AZ

Bakıda Xalq artistinin oğlunun döyülməsi ilə bağlı bir nəfər saxlanıldı

Bakıda mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın 1981-ci il təvəllüdlü oğulları Artur Balıyevin döyülməsi ilə bağlı bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov  bildirib ki, baş verən insidentlə əlaqədar ərazi üzrə polis şöbəsində zərərçəkən A.Balıyevin izahatı alınıb.

Bakıda Xalq artistinin oğlunun döyülməsi ilə bağlı bir nəfər saxlanıldı

Qeyd olunub ki, aralarında yaranan mübahisə zamanı A.Balıyevə xəsarət yetirməkdə şübhəli bilinən T.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Seçilən
8
3
news365.az

5Mənbələr