Bakıda mərhum xalq artisti Yuri Balıyev və əməkdar artist Nataliya Balıyevanın 1981-ci il təvəllüdlü oğulları Artur Balıyevin döyülməsi ilə bağlı bir nəfər saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.
O bildiib ki, baş verəninsidentlə əlaqədar ərazi üzrə polis şöbəsində zərərçəkən A.Balıyevin izahatı alınıb.
Qeyd olunub ki, aralarında yaranan mübahisə zamanı A.Balıyevə xəsarət yetirməkdə şübhəli bilinən T.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.