AZ

“Ermənistanın Qərblə yaxınlaşması Moskva ilə İrəvan arasındakı münasibətlərdə çətinliklər yaradır” - Rusiya səfiri

“Ermənistanın xarici siyasət əlaqələrinin geniş şaxələndirilməsi kontekstində Qərblə yaxınlaşması Moskva ilə İrəvan arasındakı münasibətlərdə yeni çətinliklər yaradır”.

Missiya.Az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Rossiya 24" kanalına müsahibəsində deyib.

O bildirib ki, Avropa İttifaqı (Aİ) hazırda Rusiya Federasiyasına qarşı düşmənçilik siyasəti yürüdür və ümumiyyətlə, tərəfdaşlarına sanksiyalar da daxil olmaqla, bu siyasəti dəstəkləmələri barədə gizli bir siqnal verir:

“Əlbəttə ki, bu, münasibətlərimizdə yeni çətinliklər yaradır və hər iki tərəfdən çox ağıllı, balanslı, müdrik yanaşma və strateji uzaqgörənlik tələb edir", - deyə diplomat vurğulayıb.

Kopırkin əlavə edib ki, bu, ikitərəfli münasibətlərin yeni reallıqlara uyğunlaşdırılmasını tələb edir.

Səfir həmçinin qeyd edib ki, Moskva, xüsusən də Rusiya ilə Ermənistan arasında dəmir yolu sektorunun inkişafı sahəsində əməkdaşlığı nəzərə alaraq, Rusiyanın TRIPP layihəsində iştirakı imkanlarını müzakirə etməyə açıqdır.

Kopırkinin sözlərinə görə, Rusiya TRIPP layihəsi ətrafındakı inkişafları diqqətlə izləyir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
19
50
missiya.az

10Mənbələr