AZ

Ter Ştegen əməliyyat olundu

"Jirona"nın "Barselona"dan icarəyə götürdüyü qapıçı Mark-Andre ter Ştegen əməliyyat olunub.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bud əzələsindən zədə alan 33 yaşlı qolkiperin əməliyyatı uğurlu keçib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı isə hələlik məlum deyil.

Ter Ştegen 2014-cü ilin yayından bəri "Barselona"nın daimi oyunçusu idi. 2026-cı ilin yanvar ayında qapıçı 6 aylıq icarə əsasında "Jirona"ya keçib. O, komanda ilə cəmi 2 oyuna çıxb və 2 qol buraxıb.

Bizim.Media

Seçilən
5
5
bizim.media

7Mənbələr