AZ

Növbəti dəfə əməliyyat olundu

Mark-Andre ter Ştegenin səhhəti ilə bağlı növbəti addım atılıb.

"Football-plus.az" xəbər verir ki, “Jirona”nın “Barselona”dan icarəyə götürdüyü qapıçı növbəti dəfə əməliyyat olunub. Klubun mətbuat xidmətinin məlumatına görə, bud əzələsindən zədə alan 33 yaşlı qolkiperin əməliyyatı uğurlu keçib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı isə hələlik məlum deyil.

Ter Ştegen 2014-cü ilin yayından “Barselona”ya məxsusdu. Qapıçı 2026-cı ilin yanvar ayında 6 aylıq icarə əsasında “Jirona”ya keçib. O, komanda ilə cəmi 2 oyuna çıxb və 2 qol buraxıb.

Seçilən
139
1
football-plus.az

10Mənbələr