AZ

Beş cüdoçumuz "Böyük Dəbilqə"də mübarizəyə qoşulacaq

Bu gün Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turniri başa çatacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, sonuncu yarış günündə üç çəki dərəcəsində beş cüdoçumuz 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq.

81 kq çəki dərəcəsində Zelim Tçkayev, Vanq Cian-nan (Çin) - Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün, Vüsal Qələndərzadə Saşa Jiqli (fransa) - Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək.

100 kq çəki dərəcəsində Əjdər Bağırov Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası) ilə mübarizə aparacaq.

+100 kq çəki dərəcəsində Uşanqi Kokauri almaniyalı Marvin Belzlə, Kənan Nəsibov isə avstriyalı Ştefan Heqi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

Seçilən
2
12
redaktor.az

10Mənbələr