AZ

Bu gün beş cüdoçumuz Böyük Dəbilqə də tatamiyə çıxacaq

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turniri bu gün başa çatacaq. Sport24.az xəbər verir ki, sonuncu yarış günündə üç çəki dərəcəsində 5 cüdoçumuz 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq.

81 kq çəkidə Zelim Tçkayev, Vanq Cian-nan (Çin) - Lova Mahaisoa Randrianasolo (Madaqaskar), Vüsal Qələndərzadə Saşa Jiqli (fransa) - Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək.

100 kq çəki dərəcəsində Əjdər Bağırov Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası) ilə mübarizə aparacaq.

+100 kq çəki dərəcəsində Uşanqi Kokauri almaniyalı Marvin Belzlə, Kənan Nəsibov isə avstriyalı Ştefan Heqi ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb. Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
12
sport24.az

10Mənbələr