AZ

Rusiya Ukraynaya 7 günə 1200 aviabomba atdı

Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya ordusu təkcə bu həftə ərzində Ukrayna şəhərlərinə və kəndlərinə qarşı misli görünməmiş hava hücumları həyata keçirib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında paylaşım edib.

Dövlət başçısı bildirib ki, Rusiya tərəfi son 7 gündə Ukrayna ərazisinə 2000-dən çox zərbə dronu, 1200 idarə olunan aviasiya bombası və müxtəlif tipli 116 raket buraxıb.

Zelenski vurğulayıb ki, enerji obyektləri, logistik infrastruktur və yaşayış binaları demək olar ki, hər gün hədəfə alınır: "Bütün bunlar sülh naminə diplomatik işlərin davam etdiyi bir vaxtda baş verir".

Prezident beynəlxalq ictimaiyyəti Rusiyanın hücumlarına göz yummamağa çağırıb./publika.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
2
icma.az

4Mənbələr