AZ

“Sabah”ın möhtəşəm statistikası: 19 oyuna 40 qol

ain.az, sport24.az saytına istinadən bildirir.

"Sabah" klubu cari mövsüm Misli Premyer Liqasında vurduğu qolların sayını 40-a çatdırıb. Sport24.az xəbər verir ki, "bayquşlar" bunu Misli Premyer Liqasının 19-cu turunda bacarıb.Bakı klubunun "Araz-Naxçıvan"ı 4:1 hesabı ilə məğlub etdiyi matçdakı sonuncu qolu yubileylə əlamətdar olub. 88-ci dəqiqədə fərqlənən Xəyal Əliyev 40-cı topun müəllifidir. "Sabah" ötən mövsüm çempionatda cəmi 50 qola imza atmışdı. Komanda 48 xalla mövsümü beşinci pillədə başa vurmuşdu və 40-cı topa yalnız 30-cu turda çata bilmişdi. Qeyd edək ki, "Sabah" 19 oyundan sonra 46 xalla vahid liderdir. 40 qol vuran bakılılar qapısında cəmi 12 qol görüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
186
2
sport24.az

3Mənbələr