AZ

“Sabah” klubu cari mövsüm Misli Premyer Liqasında vurduğu qolların sayını 40 a çatdırıb

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

“Sabah” klubu cari mövsüm Misli Premyer Liqasında vurduğu qolların sayını 40-a çatdırıb.

İdman.Biz xəbər verir ki, “bayquşlar” bunu Misli Premyer Liqasının 19-cu turunda bacarıb.Bakı klubunun “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub etdiyi matçdakı sonuncu qolu yubileylə əlamətdar olub. 68-ci dəqiqədə fərqlənən Xəyal Əliyev 40-cı topun müəllifidir.“Sabah” ötən mövsüm çempionatda cəmi 50 qola imza atmışdı. Komanda 48 xalla mövsümü beşinci pillədə başa vurmuşdu və 40-cı topa yalnız 30-cu turda çata bilmişdi.Qeyd edək ki, “Sabah” hazırda 19 oyundan sonra 46 xalla turnir cədvəlinin vahid lideridir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
2
icma.az

3Mənbələr