AZ

Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şəmkir rayonu ərazisində ötən gün baş verən avtomobil qəzası nəticəsində xəsarət alanlardan ikisinin vəziyyəti orta ağırdır.

"Far.Az"un Qərb bürosu xəbər verir ki, bu barədə TƏBİB-in sözügedən qəza ilə bağlı məlumatında bildirilib.

Qeyd olunub ki, fevralın 8-də saat 16:30 radələrində Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət almış 3 kişi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda 1993 və 1994-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir. 1997-ci il təvəllüdlü şəxs isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Şəmkirdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

"Far.Az"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb.

Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sücəddin Şükürlünün idarə etdiyi "Tofaş" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.

Hadisə zamanı sərnişin, İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altun Mustafayev hadisə yerində dünyasını dəyişib.

Sərnişinlər - Quba rayon sakini, 1994-cü il təvəllüdlü Samir Qurbanov və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Namiq Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Seçilən
4
1
far.az

10Mənbələr