AZ

Şəmkirdə içində hərbçilər olan avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB » AzadMedia.az


Fevralın 8-də saat 16:30 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 3 nəfər (kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda 1993 və 1994-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

1997-ci il təvəllüdlü şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

***

8 fevral, 23:11

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Şükürlü Sucəddin Tacəddin oğlunun idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.

Nəticədə sərnişin - İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Mustafayev Altun Vəfadar oğlu hadisə yerində ölüb.

Sürücü və digər sərnişinlər - Quba rayon sakini, 1994-cü il təvəllüdlü Qurbanov Samir Eyvaz oğlu və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Əsgərov Namiq Vüqar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sürücü və sərnişinlər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçularıdır.
Seçilən
13
8
azadmedia.az

10Mənbələr