AZ

Nəsimi rayonunun yeni icra başçısı Tahir Budaqov kimdir? – Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Tahir Yaqub oğlu Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Aznews.az Tahir Budaqovun dosyesini təqdim edir:

T.Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub.

1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib.

Tibb elmləri namizədidir. 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib. 1999-2006-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Prezident İlham Əliyevin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.

Seçilən
25
50
aznews.az

10Mənbələr