AZ

15 ildir bu rayonun icra başçısıdır -

Azərbaycanda iyirmi, iyirmi beş, hətta otuz dörd il icra başçısı işləyən şəxslər var. Onların əksəriyyəti bu illər ərzində bir deyil, bir neçə rayona rəhbərlik edib. Metbuat.az xəbər verir ki, Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bu mənada həmkarlarından fərqlənir. O, 15 ildi eyni vəzifədə çalışır, eyni kürsüdə əyləşir. Qeyd edək ki, Alı Alıyev 1955-ci ildə anadan olub. Ali məktəbi bitirdikdən sonra Füzuli rayonundakı C.Cabbarlı adına sovxozda iqtisadçı-aqronom, sonra isə Füzuli rayon komsomol komitəsində təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb. 1981-1983-cü illərdə hərbi xidmətdə olub, mayordur. 1988-1989-cu illərdə Füzuli rayon partiya komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləyib. 1989-1999-cu illərdə Füzuli rayon Aqrar Sənaye Kombinatının direktoru olub. 1999-2011-ci illərdə Füzuli rayon suvarma sistemləri idarəsinə rəhbərlik edib. 25 fevral 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Füzuli rayonu icra hakimiyyətinin başçısı təyin edilib. Alı Alıyev 2009-cu ildə “Tərəqqi” medalı, 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. Alı Alıyev ölkədə eyni rayona uzun müddət rəhbərlik edən nadir icra başçılarındandır.

Nazim Hüseynzadə / Metbuat.az

Seçilən
25
50
metbuat.az

10Mənbələr