AZ

ABŞ Ticarət Palatası Azərbaycanda illik biznes missiyaları təşkil edəcək

Bakı.Trend:

ABŞ Ticarət Palatası hər il Azərbaycana biznes missiyalarıtəşkil edir.

Bunu Trend-insualına cavab olaraq bu gün Bakıda keçirilən brifinq zamanı ABŞTicarət Palatasının üzvlərlə beynəlxalq əlaqələr, Yaxın Şərq vəTürkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.

“İstifadə etməyi planlaşdırdığımız alətlərdən biri illik biznesmissiyalarıdır. Biz onları hər il keçirməyi öhdəmizə götürmüşük.Eyni zamanda ümid edirik ki, Azərbaycan hökuməti və özəl sektorununnümayəndələrini ABŞ-da qəbul edəcəyik ki, onlar daha genişauditoriya, o cümlədən Amerika şirkətləri və bizim nümayəndəheyətimizlə görüşə bilsinlər”, – deyə o bildirib.

Çoksi qeyd edib ki, üçüncü istiqamət müxtəlif sektorların vəimkanların təhlilidir ki, sonradan bu məlumatlar Amerikaşirkətlərinə təqdim edilsin.

“Konkret misal çəkim: biz ABŞ səfirliyindəki həmkarlarımız vəPalata ilə nazirliklər arasında yaratdığımız əlaqələndirici şəxslərvasitəsilə nazirliklərdən dövlət tenderləri barədə məlumattoplayırıq. Bu imkanları daha sonra Amerika şirkətlərinəötürürük.

Nəhayət, bu davamlı bir prosesdir. Biz investisiyalar üçünmümkün məhdudiyyətləri izləyir və onların aradan qaldırılmasıyollarını axtarırıq - investisiyaların stimullaşdırılmasına köməkedəcək analitik qeydlərin və ya siyasət üzrə təkliflərinhazırlanması yolu ilə. Məsələn, maliyyə sektorunda Azərbaycanınqlobal ödəniş sistemlərinə necə inteqrasiya oluna biləcəyiniaraşdırırıq ki, bu da vəsaitlərin hər iki istiqamətdə hərəkətiniasanlaşdırır və kiçik biznesin daha geniş bazarlara çıxmasına köməkedir. Bu, dünyanın müxtəlif ölkələrindən, o cümlədən ABŞ-dan olanmüştərilərə burada mallar və xidmətlər üçün ödəniş etmək imkanıyaradır”, – deyə o əlavə edib.

Çoksi qeyd edib ki, Palata fəaliyyətini üç əsas istiqamət üzrədavam etdirir:

  • qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədilə illikmissiyalar və görüşlər;
  • şirkətlərin iştirakının yaxşılaşdırılması üçün ideyalar təqdimedən analitik qeydlər və siyasət üzrə təkliflər;
  • Azərbaycanda gözlənilən tenderlər və satınalmalar barədəməlumatların Amerika şirkətləri arasında yayılması.
Seçilən
71
1
az.trend.az

2Mənbələr