"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl" bu gün İngiltərə Premyer Liqasında 26-cı tur oyununa çıxacaq.
QOL.az xəbər verir ki, Eddi Haunun komandası Londonda "Tottenhem"in qonağı olacaq. "Tottenhem Hotspur Stadium"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
56 xala malik "Arsenal"ın liderlik etdiyi turnir cədvəlində "Nyukasl" 33 xalla 12-ci, "Tottenhem" isə 29 xalla 15-cidir.
Qeyd edək ki, "Qarabağ"la "Nyukasl" arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.
İngiltərə Premyer Liqası, 26-cı tur
23:30. "Tottenhem" - "Nyukasl"
Baş hakim: Entoni Teylor
"Tottenhem Hotspur Stadium".